Dörd naib
İmam Əsr (ə)-ın dörd naibi olmuşdur ;
1) Osman ibn Səid.
2) Muhəmməd ibn Osman.
3) Hüseyn ibn Ruh.
4) Əli ibn Muhəmməd Süməri.
Bu dörd xüsusi naibin hər biri Bağdadda-hərəsi öz evində dəfn olunublar.Onlar İmam Əsr (ə)-ınxüsusi naibləri olmuşlar ki, “kiçik qeyb” zamanında imamla camaat arasında rabitə olmuş və bir-birinin ardınca imamın əmri ilə naib təyin olunmuşlar və imamla birbaşa təmasa girmişlər.
3-cü əsrin sonu 4-cü əsrin əvvəllərində yaşamış böyük alim Şeyx Muhəmməd ibn Yəqub Kuleyni (ə.r) Bağdadın Kazimiyyə məntəqəsində dəfn olunmuşdur.Şeyx Kuleyni iyirmi il müddətində 16199 hədis toplamışdır.Onun “Kafi-ümmətimizə kifayət edər” cümləsi mərhum Kuleyninin öz sözüdür ki,bu kitabın şiələrə kifayət eedəcəyini bildirir. “Təhzib” və “İstibsar” kitabları Şeyx Tusinin, “Mən la yəhzuruhul-fəqih” kitabı isə Muhəmməd ibn Əli ibn Babəveyhindir.Beləcə,şiələrin dörd əsas kitabından üçünü Muhəmməd cəmləmişdir.İmam Həsən ibn Əli (ə)-ın övladlarından olan Şeyx Əbdülqadir Gilani hicrətin 561-ci ilində Bağdadda vəfat etmiş və öz mədrəsəsində dəfn olunmuşdur.O,bir sıra kəramətlərin sahibi olmuş,çoxlu tərəfdar toplamışdır.
Redaktor: Nəcəf