Baş səhifə
İmam Zeynulabidin (ə), İslami Mövzular | Baxış: 507 | Tarix: 2013.07.05

 

 

İmam Zeynulabidin (ə), İslami Mövzular

Bismillahir Rəhmanir Rəhim... Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

İmam Səccad “Əbu-Həmzə” duasında bildirir: “Pərvərdigara, əgər boynumu qəhr zəncirinlə bağlasan, bütün xalq arasında ətanı mənə qadağan etsən, bəndələrinin nəzərində rüsvayçılığımı aşkarlasan, cəhənnəm oduna sürüklənməyimi göstəriş versən, mənimlə yaxşılar arasında ayrılıq salsan, yenə də ümidim Səndən qırılmayacaq, rəhmətinə olan ümidim üzülməyəcək, məhəbbətin qəlbimdən çıxmayacaq. Mən heç vaxt dünyadakı bəxşişlərini, eyblərimi örtməyini unutmayacağam”.

Digər münacat və dualarda da mə`sum imamlardan nəql olunmuş oxşar tə`birlər var. Həzrət Əmir (ə) bir şe`rdə belə deyir: Ya rəbb, min il məni əzabə çəksən, Ümidim yenə də qırılmaz Səndən. “Kumeyl” duasında belə ərz olunur: “Ey Mövlam, (bəndən) sonsuz helminə ümidli ikən əzab odunda necə qalacaq? Sənin fəzl və kəramətinə göz dikdiyi halda od onu necə yandıracaq?” Bu tə`birləri oxuyarkən bir qədər düşünüb aydınlaşdırmalıyıq ki, doğrudanmı biz belə dua edə bilərik? Allahla bu sayaq sədaqətlə söhbət etmək gücümüz varmı? Əgər həqiqətən də qiyamət günü xalqın gözü qarşısında rüsvay edilsək, zəncirlənsək, cəhənnəmə göndərilsək yenə də Allahın rəhmətinə ümid edərikmi? İddia edə bilərikmi ki, məhəbbəti yenə qəlbimizdən çıxmaz, yenə də Ona dua edərik? Bu sayaq iddialar yetərincə çətindir. Biz səmimi halda bu sözləri deyə bilmərik. Dünyadakı əməl və rəftarlarımız buna şahiddir.

Azca çətinliyə düşdükdə Allaha e`tiraz edirik. Nəinki qəlbimizdə sevgi qalmır, hətta, Allah eləməmiş, Ona qarşı kin saxlayırıq. Dünyaya o qədər əsir olmuşuq ki, ondan ayrılığı təsəvvür etmirik. Bəli, bizim hazırkı halımız bu sayaq iddialara yol vermir. Biz duanın bu hissəsini də başqa hissələri kimi öz dilimizdən oxuya bilmərik. Yalnız imam Səccad və həzrət Əmir (ə) kimi mə`sumlar bu sayaq iddialarda ola bilər. Biz hazırkı tə`birləri yalnız onların dilindən təkrarlaya bilərik. Hər halda uyğun halı əldə etmək üçün, məqsədə yaxınlaşmaq niyyəti ilə sə`y göstərməliyik.

Redaktor: Nəcəf