Baş səhifə
HƏZRƏT MƏSUMƏDƏN (Ə) HƏDİSLƏR | Baxış: 491 | Tarix: 2013.07.04

 

HƏZRƏT MƏSUMƏDƏN (Ə) HƏDİSLƏR

 1. İmam Rizanın (ə) qızı Fatimə (ə) imam Musanın (ə) qızları Fatimə, Zeynəb və Umm-Gulsumdən (ə), onlar imam Sadiqin qızı Fatimədən (ə), o, imam Baqirin qızı Fatimədən (ə), o, imam Səccadın (ə) qızı Fatimədən (ə), o, imam Hüseynin (ə) qızları Fatimə və Səkinədən (ə), onlar Fatimeyi-Zəhranın (ə) qızı Umm-Gulsumdən (ə) və o da Fatimeyi Zəhradan (ə) belə nəql edir ki, həzrət Fatimə (ə) üzünü camaata tutub buyurdu: "Rəsulallahın (s) Qədir-Xum günü "Kimin mən mövlasıyamsa (rəhbəriyəmsə), Əli də (məndən sonra) onun mövlasıdır (rəhbəridir)" dediyini unutdunuzmu? Unutdunuzmu ki, Peyğəmbər buyurdu: Ya Əli, sənin mənə nisbətin (bağlılığın) Harunun Musaya nisbəti kimidir."

2. Həzrət Fatimeyi Məsumə (ə) imam Sadiqin (ə) qızı Fatimədən, o imam Baqirin (ə) qızı Fatimədən, o, imam Səccadın (ə) qızı Fatimədən, o, imam Hüseynin (ə) qızı Fatimədən, o, Əmir əl-mömininin (ə) qızı Zeynəbdən və o da Fatimeyi-Zəhradan (ə) nəql edir: "Rəsulallah (ə) buyurdu: Bilin, hər kəs Ali-Muhəmmədin (s) məhəbbəti ilə ölsə, şəhid olmuşdur."

Redaktor: Nəcəf