Baş səhifə
HƏZRƏT MƏSUMƏ (Ə) VƏ ZİYARƏTİ HAQQINDA HƏDİSLƏR | Baxış: 895 | Tarix: 2013.07.04

 

HƏZRƏT MƏSUMƏ (Ə) VƏ ZİYARƏTİ HAQQINDA HƏDİSLƏR

Xanım Fatimeyi-Məsuməni (s.ə) ziyarət etmək üçün əhli-beytdən bir çox hədislər nəql olunmuşdur ki, onların bəzisini nümunə olaraq sizin nəzərinizə çatdırırıq. 1. Qazi Nurullah imam Sadiqdən (ə) belə nəql edir:

انَّ للهِ حرما و هو مكّه، الا إنَّ لرسول الله حرما و هو المدينه انّ لأميرالمؤمنين حرما و هو الكوفه، ألا و إنَّ قم الكوفه الصغيرة، ألا إن للجنة ثمانية أبواتٍ ثلاثية منها إلي قم تقبض فيها إمرئة من ولدي إسمها فاطمة بنتُ موسي و تدخل بشفاعتها شيعتي الجنة باجمعهم "

Allahın bir hərəmi vardır ki, Məkkədir, agah olub, bilin Rəsulullahın bir hərəmi vardır ki, Mədinədir, agah olub bilin, Əmir əl-mömininin (ə) bir hərəmi vardır ki, Kufədir. Agah olub bilin ki, Qum kiçik Kufədir. Agah olub bilin ki, həqiqətən, Cənnətin səkkiz qapısından üçü Qum tərəfə açılır. Mənim övladlarımdan olan bir xanım orada vəfat edəcəkdir. Adı Musa qızı Fatimədir. Onun şəfaətçiliyi nəticəsində mənim bütün şiələrim Cənnətə daxil olacaq." 2. Əllamə Məclisi imam Rizadan (ə) nəql edir ki, o həzrət Sədə belə buyurmuşdur:

يا سعد عندكم لنا قبرٌ، قلتُ: جعلت فداك قبرُ فاطمة بنت موسي(ع)؟ قال: نعم، من زارها عارفاً بحقها فله الجنة ...

"Ey Səd! Sizin yanınızda bizim qəbrimiz vardır." Dedim: "Sənə qurban olum, Musa qızı Fatiməninmi qəbrini buyurursunuz?" Buyurdu: "Bəli, hər kim onun haqqına arif olaraq onu ziyarət edərsə, Cənnət ona vacib olar." 3. "Kamilüz-ziyarət" kitabında imam Cavaddan (ə) nəql edilmişdir ki, o həzrət buyurub: من زار قبر عمتي بقم فله الجنة Hər kim bibimin qəbrini Qum şəhərində ziyarət etsə, Cənnət ona vacib olar. 4. Şeyx Abbas Qumi "Səfinətül-bihar" kitabında imam Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurmuşdur: ...

انّ لله حرما و هو مكّة و انّ للرّسول حرما و هو المدينه و أنّ لأمير المؤمنين حرما و هو كوفة و انّ لنا حرما و هو بلدة و سنذفن فيها إمرئة من اولاي تسمي فاطمة فمن زارها و جبت لها الجنة "...

Allahın hərəmi vardır ki, Məkkədir, Peyğəmbərin hərəmi vardır ki, Mədinədir, Əmir əl-mömininin hərəmi vardır ki, Kufədir, bizim də hərəmimiz vardır ki, Qum şəhəridir. Orada mənim övladlarımdan olan Fatimə adlı bir xanım dəfn olunacaq, hər kim onu ziyarət etsə, Cənnət ona vacib olar."

Redaktor: Nəcəf