MƏŞHƏDİN TARİXİ
"Məşhəd" sözü "şühud", "hüzur" və "şəhadətgah" (şəhid olunan yer) mənasındadır, və bu "məşahid" məşhəd sözünün cəmidir. Məşhəd və məşahid sözləri hicri-qəməri təqvimi ilə üçüncü yüzillikdə imamların (ə), övliyaların və tanınmış şəxslərin məzarlarına aid edilirdi. Məsələn, o dövrdə belə deyilirdi: Morğabın Məşhədi (Fars əyalətində), Mihənənin Məşhədi (Əbu Səid Əbülxeyrin məzarı) və Tus Məşhədi, yaxud Rəzəvi Məşhəd (Xorasanda imam Əli ibn Musanın (ə) türbəsi). "Surətul-ərz" kitabının müəllifi ibn Həvqəl (367-ci h.q) yazır: "Əgər Tus da Nişapur vilayətinə aid olsa, o zaman onun şəhərləri Raykan, Təbəran və Noğandan (Toroğuz) ibarət olacaq. Əli ibn Musa ər-Rizanın (ə) qəbri Noğan şəhərinin yaxınlığında Sənabad kəndində yerləşir."
202-ci (h.q.) ildə Həzrət Riza (ə) Məmun Abbasinin əli ilə şəhadətə yetirildikdən sonra Sənabadda Harunun məqbərəsində torpağa tapşırıldı. Bundan sonra Noğanın Sənabadı "məşhəd" adı ilə tanındı və zaman keçdikcə şəhər genişlənməyə başladı. Xüsusilə, Şah Təhmasib Səfəvinin dövründə şəhər bir az da vüsət aldı və Tus əhalisi də Məşhədə köçürülməyə başladı.
Tus Xorasanın şimal nahiyəsində Kəşfrud çayının yuxarısındakı yolda yerləşir və onun məşhur şəhərləri bunlardır: Noğan, Tabran, Radkan. Noğan üçüncü (h.q) yüzilliyin sonlarına qədər çox əhəmiyyət və etibara malik idi. Onun viranələri Məşhədin qərb hissəsində Hüseynabad və Mehrabad kəndləri yaxınlığında yerləşirdi. Ondan sonra Tabəran şəhəri əhəmiyyət və vüsət tapdı və sonralar Tus adı ilə tanındı. Nəhayət, öncə Sənabadda yerləşən bir məzara şamil edilən Məşhəd şəhəri yavaş-yavaş genişlənməyə başladı.
830-cu (h.q) ildən başlayaraq Noğan adı unuduldu və Tus (əslində Tabəran) şəhəri viran oldu. Onun yerini Məşhəd tutdu. Nəhayət, Səfəvilərin dövründə Tus əyalətinin və Xorasanın mərkəzinə çevrildi. Məşhədin və Tusun fəthi 31 və 32-ci (h.q.) ildə Osmanın xilafəti zamanı müsəlmanlara nəsib oldu və Əbdülməlik Mərvanın (65-86 h.q.) xilafəti zamanı Bəni Təmim ərəbləri Tus qalasını ələ keçirdilər və 125-ci (h.q.) ilə qədər əldə saxladılar. 192-ci (h.q.) ildə Harun ər-Rəşid bu diyara səfər etdi və Tusda xəstələnərək öldü. Onu imam Rizanın (ə) dəfn olunduğu yerdə basdırdılar. Bu şəhər Səlcuqilərin, İran Elxanlarının, monqolların və başqa qarətçilərin hücumlarına məruz qalmış və bir neçə dəfə viran edilmişdir. Yalnız Səfəvilərin dövründə Məşhəd şəhəri xüsusi rövnəq tapmış və öz abadlığını bərpa etmişdir. Məşhədin məşhur ziyarətgahları Şəhərin ən mühüm ziyarətgahları və tarixi abidələri bunlardır: Həzrət imam Rizanın (ə) pak hərəmini, Gövhərşad məscidini, Pirizad mədrəsəsini, Balasər mədrəsəsini, Şeyx Bəhainin məqbərəsini, Balasər məscidini, Zərrin Səqqaxanasını və s.-ni əhatə edən Astani-qüds-Rəzəvi, Şah məscidi, Xacə Rəbi, Qonbəde-Səbz (yaşıl günbəz), Nadir şahın məqbərəsi və s.
Redaktor: Nəcəf