Quran məfhumları silsiləsindən (2)
"أبد" [əbəd] həmişə, daima, müntəzəm.
Bu söz Quranda 28 dəfə işlənmişdir. ﴾ مَاكِثِينَ فِيهِ أَبَداً ﴿ "Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!" ("Kəhf", 3).
Rağib "Mufrədat"da yazır: "أبد" [əbəd] sözü ardı kəsilməyən, davamlı zaman deməkdir."أمد" [əbəd] sözünü izah edərkən isə deyir: "أبد" [əbəd] qeyri-məhdud zamandır.
"Əqrəb əl-məvarid"də deyilir: "أبد" [əbəd] zaman zərfidir və gələcək zamanın davamlılığı, ardıcıllığı üçün yox, mənasini daha da artıqmaq, qüvvətləndirmək üçün (təkid üçün) işlənir. Necə ki, "قَطّ" [qəttu] və "ألبَتّة" [əlbəttə] sözləri keçmiş zamanın mənasını daha da artırır, gücləndirir. Misal üçün, و ما فعلت قَطّ و ألبَتّة ولا أفعل أبدا" " (heç bir zaman etməmişəm və heç bir zaman etməyəcəm, yaxud etməyəcəm də). Deyilənlərdən aydın olur ki, "أبد" [əbəd]sözü daim cümlədə özündən öncə yerləşən sözün təsir gücünü qüvvətləndirən (qüvvətləndirici) ədatdır. Lakin Quran ayələrinə nəzər saldıqda bunun əksini görürük və aydın olur ki, "أبد" [əbəd] sözü yalnız sözün və ya cümlənin təsir gücünü qüvvətləndirmək funksiyasını daşımır. Bəzi ayələr "أبد" [əbəd] sözü vasitəsilə davamlılıq, ardıcıllıq mənasını daşıyır. Misal üçün, ﴾ مَاكِثِينَ فِيهِ أَبَداً ﴿ "Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!"("Kəhf", 3). ﴾ لاَ تَقُمْ فِيهِ أَبَدًا لَّمَسْجِدٌ ﴿ "Orada heç vaxt namaz qılma" ("Tövbə", 108). ﴾ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا ﴿ "Sizə özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz" ("Əhzab", 53) və s. Məlumdur ki, namaz qılmamaq, yaxud Peyğəmbərin (s)özündən sonra zövcələri ilə evlənməmək hökmünün davamlılığı, həmişəlik olması ayəyə "أبد"[əbəd] sözünün artırılmasından başa düşülür. "أبد" [əbəd] sözü artırılmadan hökmün həmişəlik olub-olmaması bəlli olmur. Belə olan halda "أبد" [əbəd] sözü ayədə özündən qabaqkı mənanı qüvvətləndirmək üçün yox, yeni bir məna artıqmaq üçün işlədilir.
"أبد" [əbəd] sözü "Qamus" və s. kitablarda dəhr (zaman, dövr) mənasında, "Nəhc əl-bəlağə"də isə sifət kimi işlənmişdir. أنت الأبد فلا أمد لک" " "Sən həmişə varsan və sənin üçün son yoxdur" (Xütbə, 107). Burada da orijinal məna nəzərdə tutulmuşdur.
Redaktor: Nəcəf